image-316200504_429105836094411_5170529665582860302_nbackend

BMT  İranla bağlı qətnamə qəbul etdi

image-reklam_sirab_01
Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul edib. Vətəninfo.az xəbər verir ki, qətnamədə İranda insan haqlarının pozulmasını pislənilib.
Noyabrın 16-da 28 əleyhinə, 68 bitərəf və 80 lehinə səslə təsdiq edilən qətnamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin çıxardığı ölüm hökmlərinin çoxluğundan narahatlığını ifadə edib.
BMT Baş Assambleyasının 3-cü Komitəsinin qətnaməsində İranda etirazçıların sərt şəkildə susdurulmasına toxunulub, İslam Respublikasından dinc nümayişçilərə, xüsusilə də qadın və uşaqlara qarşı həddindən artıq güc tətbiq edilməsinə son qoymağı tələb edilib.
Kanada hökuməti qətnaməni üçüncü komitəyə təklif edib. Böyük Britaniyanın BMT Baş Assambleyasındakı nümayəndəsi isə qətnaməni dəstəkləyərək, İranda insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki