Son 7 yeddi gün ərzində Ukraynanı tərk edənlərin sayı açıqlanıb.
Veteninfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.
“Cəmi yeddi gün ərzində biz 1 milyondan çox qaçqının Ukraynanın tərk edib qonşu ölkələrə keçdiyinin şahidi olduq”, – Qrandi “Twitter” hesabında paylaşım edib.