Boliviya Hərbi Hava Qüvvələrinə məxsus Cessna FAB-409 təyyarəsi qəzaya uğrayıb, nəticədə altı nəfər həlak olub. Təyyarə El Altodan Koçabambaya uçurdu.
Reuters agentliyinin ölkənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təyyarədə olanların hamısı – iki heyət üzvü və dörd mülki şəxs həlak olub. Təyyarə And dağlarının ucqar dağlıq bölgəsində tapılıb.
Müdafiə Nazirliyi qəzanın səbəbini açıqlamayıb. Nazirliyin məlumatına görə, təyyarə son həftələrdə xərçəng xəstəsi olan uşaqların müalicə mərkəzlərinə daşınması üçün istifadə olunub.
Təyyarə may ayının əvvəlində Boliviyada başlayan kütləvi etirazlar zamanı uşaqların daşınması üçün uyğunlaşdırılıb. Nümayişçilər yolları bağlayaraq bir çox bölgəyə ərzaq, yanacaq və dərman təchizatını dayandırıblar.


























