image-conson-nato-696x464backend

Boris Consondan həmlə – NATO Baş katibliyinə namizəd oldu

image-reklam_sirab_01

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib.

Conson “Rada” telekanalının efirində ukraynalı jurnalistlərin alyansa rəhbərlik etmək perspektivləri ilə bağlı sualını cavablandırarkən deyib:

“Əla ideyadır. Belə bir ideyanın olduğunu bəyan etməliyəm. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı yaxşı, vacib vəzifədir. İndi NATO həmişəkindən daha güclüdür”.

Conson əlavə edib ki, o, Ukraynanın NATO-ya tamhüquqlu üzv kimi daxil olmasında heç bir ziddiyyət görmür. “Ukraynanın NATO-ya daxil olmasında heç bir ziddiyyət görmürəm. Ukraynanın üzvlüyü yaxın perspektividir, bu baş verməlidir”, – siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu təsdiqləyib. “Mən bu payızda ayrılıram, əminəm ki, alyans məni əvəz edəcək layiqli adam tapacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki