image-7backend

Böyük Britaniya hökumətində “yarpaq tökümü”: Dövlət naziri Gavin Williamson 15 gün sonra istefa  VERDİ

image-reklam_sirab_01

Böyük Britaniyanın yeni baş naziri Rishi Sunak kabinetinin dövlət naziri Gavin Williamson, vəzifəyə gəldikdən 15 gün sonra istefa verib. Vətəninfo.az xəbər verir ki, Tereza Meyin baş nazirliyi dövründə müdafiə naziri olmuş Uilyamson istefa verib.

Mühafizəkarlar Partiyasının əsas adamı Vendi Mortona təhqiramiz mesajlar göndərdiyi iddiaları ilə gündəmə gələn Uilyamson Twitter hesabından Baş nazir Sunak-a ünvanladığı istefa məktubunu paylaşıb.

Məktubunda Williamson ona qarşı irəli sürülən ittihamları haqqında danışmaqdan  imtina edib.

“Buna görə də mən davam edən şikayətlər prosesinə tam riayət etmək və adımı hər hansı bir qanunsuzluqdan təmizləmək üçün hökumətdəki vəzifəmi tərk edirəm” deyə Williamson yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki