image-reklam-veteninfo
image-1backend

Böyük Britaniyadan İsrailə ağır zərbə: Ticarət qadağası elan edəcək

image-reklam-veteninfo

“The Guardian” qəzetinin məlumatına görə, Böyük Britaniya çərşənbə axşamı günü Qərb Şəriyəsindəki İsrail yaşayış məntəqələrinə iqtisadi məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Vətəninfo.az xəbər verir ki, qəzetin məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband İsrail yaşayış məntəqələrində istehsal olunan malların ticarətinə qadağa qoyulacağını elan edəcək.

Eyni zamanda, mənbələr “The New York Times” qəzetinə bildiriblər ki, elan edilmiş tədbirlərə yaşayış məntəqələrinin tikintisinə kömək edən şirkətlərə qarşı sanksiyalar da daxil ola bilər.

Öz növbəsində, “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, yaşayış məntəqələrində istehsal olunan malların idxalına qoyulan qadağa ilə yanaşı, yeni tədbirlərə İsrail təşkilatlarına və fərdlərinə qarşı hədəfli sanksiyalar da daxil olacaq.

“The Guardian” qəzeti əlavə edir ki, Miliband həmçinin Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllini dəstəkləmək, eləcə də fələstinlilərin hüquqlarının qorunması və beynəlxalq hüquqa riayət edilməsinin vacibliyini bəyan etmək niyyətindədir.

Milibandın sələflərindən daha sərt şəkildə parlament üzvlərinə müraciət edərək Qəzza zolağında fələstinlilərin üzləşdiyi “humanitar ədalətsizliyi” vurğulaması gözlənilir.

Qəzet qeyd edir ki, Milibandın müdaxiləsindən əvvəl “The Guardian” qəzetində dərc olunmuş sorğu olub və bu sorğu göstərir ki, bütün siyasi baxışlara malik britaniyalılar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsinin “qəti tərəfdarıdırlar”.

Opinium tərəfindən aparılan sorğuya görə, Britaniyalı yetkinlərin yalnız 18%-i İsrail yaşayış məntəqələrindən malların ticarətinə qoyulan qadağanın əleyhinədir. Eyni zamanda, respondentlərin 46%-i “lehinə”dir.

İsrail artıq gözlənilən açıqlama ilə bağlı mediada yayılan xəbərlərə cavab verib.

Beləliklə, İsrailin maliyyə naziri Bezalel Smotriç Britaniyanın İsraildəki səfirinin ölkədən çıxarılmasına çağırıb.

Smotrich X sosial şəbəkəsində yazıb: “Bu gün Britaniya səfirini qovun”.

Onun sözlərinə görə, “İsraildəki Britaniya mandatı başa çatıb”.

O, Britaniyanı “yəhudilərə və İsrail dövlətinə hücum etməklə iqtisadi və sosial tənəzzüldən qaçmağa çalışan radikal İslam tərəfindən ələ keçirilmiş bir ölkə” adlandırdı.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz növbəsində İsraili mübahisəli Malvinas (Britaniya adı: Folklend) adaları üzərində Argentinanın suverenliyini tanımağa və “işğal davam etdiyi müddətcə Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq etməyə” çağırıb.

O, Londonu adaları “zorla işğal etməkdə” və “Argentina xalqının pulunu oğurlamaqda” ittiham etdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki