image-1backend

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

image-reklam_sirab_01

“Böyük Qayıdışın ilk məktəbləri” rubrikası çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbin fəaliyyəti barədə məlumatı təqdim edirik:

4 şagirdimiz təhsillərini Qarabağ Universitetində davam etdirməyi arzulayır.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini Şəbnəm Uğurlu deyib.

O bildirib ki, təhsil müəssisəsi 43 şagirdlə fəaliyyətə başlasa da, hazırda məktəbdə 112 şagird təhsil alır.

“Onların əksəriyyəti paytaxt məktəblərindən gəlib. Təhsil prosesinin təşkili həm şagirdləri, həm də valideynləri olduqca qane edir. Məktəbdə müasir dövrün tələblərini özündə ehtiva edən fənn kabinetlərinin, laboratoriyaların, peşəkar təhsil işçilərinin olması ürəkaçandır. Məktəb psixoloqunun və bütün pedaqoji kollektivin səyi nəticəsində şagirdlərin adaptasiya prosesi olduqca asan həyata keçirilib. Belə ki, fərqli məktəblərdən gəlmələrinə baxmayaraq, şagirdlər sanki illərin dostudurlar. Onların maraq dairəsinə uyğun olaraq dərsdənkənar məşğələlər keçirilir, ekskursiyalar təşkil olunur”.

Direktor müavini qeyd edib ki, şagirdlərin akademik göstəricilərini artırmaq məqsədilə bir çox bilik yarışları təşkil edilib.

“Onların fənn müsabiqələrində və olimpiadalarda iştirakı təmin olunub. Belə ki, Lütfi-Zadə adına məntiq olimpiadasına 8 məktəblimiz qatılıb, təbiət fənni üzrə 4, riyaziyyat fənni üzrə müsabiqədə isə 3 şagirdimiz iştirak edib. Olimpiadaya qatılan şagirdlərdən 4 nəfəri ikinci mərhələyə keçmək hüququ əldə edib. “Qərbi Azərbaycana qayıdış olimpiadası”nda isə 10 nəfər şagird iştirak edib”.

Şəbnəm Uğurlunun sözlərinə görə, bu il məktəbin 15 nəfər şagirdi IX siniflərin buraxılış imtahanında iştirak edib, onlardan biri 232 bal toplayıb.

“4 şagirdimiz isə bu il təhsillərini başa vururlar və onlardan biri – Zəhra Quliyeva 215 bal toplayıb. Onlar təhsillərini Qarabağ Universitetində davam etdirməyi arzulayırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki