image-bravo_hucum11677928057backend

“Bravo”da baş verən silahlı insidentin gizli məqamları – Video

image-reklam_sirab_01
Bakının Xətai rayonunda martın 4-ü hipermarketdə baş verən silahlı insidentlə bağlı bəzi gizli məqamlar açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı Baku TV-yə həmin hadisəni araşdıran əməliyyatçı danışıb.

O bildirib ki, hadisədən 5 dəqiqə sonra ticarət obyektinin həyəcan siqnalı sıxılıb, 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları, bir qədər sonra isə polisin əməliyyat qrupları hadisə yerinə gəliblər:

“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıb”.

Qeyd edək ki, martın 4-də günorta 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə hipermarketdə yerləşən bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Ətraflı videonu təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki