image-6c13fe3e-e366-3fa2-b598-36ab01a41479_850backend

Britaniya funtu yeni baş nazirlə bağlı xəbərlər fonunda bahalaşıb

image-reklam_sirab_01

Britaniya funtu digər namizədlərin yarışdan çıxmasından sonra keçmiş maliyyə naziri Rişi Sunakın Mühafizəkarlar Partiyasının lideri postu, eyni zamanda baş nazir olmaq uğrunda yeganə namizəd olması xəbəri fonunda bahalaşıb.

funt əsas valyutalar arasında artım üzrə lider olub. Boris Consonun namizədliyini geri götürməsindən sonra Asiya sessiyası zamanı funt/dollar nisbəti 1,1402 səviyyəsinə yüksəlib. Daha sonra cütlük mövqeyini bir qədər itirib və 0,2% ucuzlaşaraq 1,1290 səviyyəsinə düşüb.

Funtun avroya qarşı tərəddüdü daha güclü olub, avro/funt nisbəti 0,25% ucuzlaşaraq 0,8710 olub.

Qeyd edək ki, Vestminsterin ən zəngin siyasətçilərindən biri olan Sunak Kral III Çarlzın tələbi istəyi ilə yeni hökumət quracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki