image-1200_0_1519038367-3901backend

Britaniya Mİ-5-in rəhbəri: Ukraynadakı müharibəyə görə Kreml yüzlərlə agentini itirib

image-reklam_sirab_01

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı xaricdəki rus kəşfiyyat şəbəkəsinə müasir tarixdə ən güclü zərbə vuruldu.

Vətəninfo.az xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib və əlavə edib ki, Britaniya hələ uzun illər Rusiyanın təcavüzünə hazır olmalıdır .

Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında əks-kəşfiyyat rəhbəri bütün dünyada Rusiya səfirliyinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.

“Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən güclü strateji zərbə oldu”, – Makkallum qeyd edib.

Mİ-5 rəhbəri bildirib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı kəşfiyyatçı təkcə Böyük Britaniyadan qovulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki