image-old-696x434backend

Britaniya səfiri Zəngilan və Qubadlıya səfərə gedib

image-reklam_sirab_01

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old Zəngilan və Qubadlı rayonlarına yola düşüb.

Bu barədə britaniyalı diplomat tviterdə yazıb.

“Zəngilan və Qubadlıya ilk səfərimə hazırlaşıram. Ümid edirəm ki, İngiltərə-Fransa oyununa baxmaq üçün vaxtında qayıdacağam. Mən əlbəttə ki, İngiltərəyə azərkeşlik edəcəm. Bəs siz?”, – səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 9-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki