Böyük Britaniya Ukraynaya üç Sea King helikopteri və 10.000 artilleriya mərmisi göndərib. Vətəninfo.az xəbər verir ki, dünyanın ən yaxşı helikopteri hesab edilən Sea King Ukraynaya savaşda dətək verəcək.

Britaniyanın müdafiə naziri Ben Uolles Osloda çıxışı zamanı bildirib ki, üç Sea King helikopterindən birincisi artıq Ukraynaya çatıb. “Son altı həftə ərzində ukraynalı ekipajlar bu  helikopterlərin uçması və onlara texniki xidmət göstərilməsi üçün Britaniyada təlim keçirlər.”- deyə nazir bildirib.

Uolles əlavə edib ki, Ukrayna yeni azad edilmiş ərazilərin müdafiəsi üçün 10 min artilleriya mərmisi də göndəriləcək.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynaya dəstək dəyişməz olaraq qalacaq.