Yaponiyanın Honsyu adasının mərkəzində yerləşən Qumma prefekturasındakı hərbi poliqonda Yaponiya və Böyük Britaniya quru qoşunlarının birgə hərbi təlimləri başlayıb. Noyabrın 26-na qədər davam edəcəklər, hər iki tərəfdən 600 əsgər iştirak edir. Vətəninfo.az xəbər verir ki , bu barədə “Sankei” qəzeti məlumat yayıb.
Hərbi təlimlər zamanı sahil xəttinin və ucqar adaların müdafiəsi üzrə birgə əməliyyatlar hazırlanır.
Hərbi təlimlər bu cür birgə təlimlərin şərtlərini yüngülləşdirmək məqsədilə yanvarda imzalanmış ikitərəfli saziş əsasında keçirilir.
Xüsusilə, viza almadan və ya pasport təqdim etmədən Yaponiyaya gələn britaniyalı hərbçilər sadələşdirilmiş qaydada döyüş sursatı və avadanlıq gətirilib.
Qeyd olunur ki, London Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu aktivləşdirmək niyyətindədir.


























