Vətəninfo.az CBS News-ə istinadən xəbər verir ki, Amerika rəsmilərinin məlumatına görə, iyul ayında İranın Yaxın Şərqdəki bazalara etdiyi çoxsaylı hava hücumları nəticəsində təxminən 100 amerikalı əsgər yaralanıb .
Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, iyulun 7-dən bəri təxminən 100 nəfər “müxtəlif dərəcəli xəsarətlər” alıb.
O, onların 96%-nin artıq rəsmi vəzifələrinə qayıtdığını bildirib.


























