image-1659936406-2951backend

Bu gecə Rusiya  Ukraynaya  22 hava zərbəsi endirib

image-reklam_sirab_01

Rusiya  son sutka ərzində Ukraynaya 11 raket və 22 hava zərbəsi endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb .

“Son 24 saat ərzində düşmən 11 raket və 22 hava zərbəsi endirib, reaktiv sistemlərdən 35-dən çox atəş açılıb. Donetsk, Luqansk, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Sumı və Xerson vilayətlərinin 30-dan çox yaşayış məntəqəsi zərər çəkib. ,” – xəbərdə deyilir.

Bu arada, Volın və Polesye istiqamətlərində vəziyyət dəyişməz olaraq qalır. Baş Qərargah qeyd edir ki, Belarus Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir, Rusiya hərbçilərini qəbul edir və yerləşdirir, təlim meydançaları verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki