image-287ce6a5-42ef-4c69-a019-57180569a1f9backend

“Bu gün daha tarixi bir günü yaşayırıq!” -Millət vəkili

image-reklam_sirab_01

Kəlbəcərin azadlığa qovuşmasından iki il ötür. Azərbaycan 10 noyabr Üçtərəfli bəyanata uyğun olaraq işğal altında olan cənnət məkana Kəlbəcərə qovuşdu. Millət vəkili Ceyhun Məmmədov bu günlə bağlı öz fikirlərini Vətəninfo.az saytı ilə bölüşüb:

“Bu gün daha tarixi bir günü yaşayırıq! Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq bizimdir. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! Bu münasibətlə bütün Kəlbəcərliləri, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!” -deyə millət vəkili bildirib.

“Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.  Kəlbəcər işğaldan azad edildikdən sonra Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlər və digər bərpa işləri görülməkdədir. Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar.”-  Ceyhun Məmmədov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki