“Bu Ukrayna -Rusiya savaşı deyil, bu III Dünya müharibəsidir”- Vətəninfo.az xəbər verir ki, bu sözləri “RİA Novosti”açıqlamasında Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Kadırov bildirib ki, Rusiya Ukrayna ilə deyil dünya ilə savaşır.
“Bu gün Ukraynada münaqişədə iştirak edən Avropa dövlətlərini götürsək, onlar NATO bloku və digər əlaqəli dövlətlərdir, əgər həmin dövlətləri dünya birliyi adlandırsaq, onda deyə bilərik: bu, üçüncü dünya müharibəsidir”, – deyə Kadırov bildirib.
Eyni zamanda o, Çin, Hindistan, Pakistan kimi böyük dövlətlərin “hərbi tədbirlərdə” iştirak etmədiyini vurğulayıb.