image-1backend

Bu il 46 jurnalist öldürülüb: ŞOK STATİSTİKA

image-reklam_sirab_01

İlin əvvəlindən dünyada azı 46 jurnalist öldürülüb, bu peşənin ən azı 531 nümayəndəsi həbs edilib.

Vətəninfo.az xəbər verir ki, bu məlumatlara BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk istinad edərək hökumətləri, polisləri və məhkəmələri jurnalistlərin müdafiəsini gücləndirməyə çağırıb.
“Bu il ən azı 46 jurnalist öz fəaliyyətlərinə görə öldürülüb. Ən azı 531 jurnalist həbs edilib, saysız-hesabsız jurnalist dözülməz təzyiq və zorakılığa məruz qalıb”, – deyə Türk X sosial şəbəkəsində (keçmiş Twitter) 2 noyabr beynəlxalq günü ilə bağlı yazıb.

Xatırladaq ki, noyabrın 2-si jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulan beynəlxalq gündür.

BMT-nin ali komissarı media nümayəndələrinə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayaraq “cəzasızlığa son qoymağa” çağırıb.

“Hökumətlər, polislər və məhkəmələr jurnalistlərin və onların həyati fəaliyyətinin müdafiəsini gücləndirməlidir”, – deyə Türk yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki