image-reklam-veteninfo
image-1backend

Bu İranlıya  Tramp vəzifə VERDİ  

image-reklam-veteninfo

Dünən ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts İran əsilli Elham (Eli) Kohanimin Amerikanın BMT-dəki Daimi Nümayəndəliyində baş siyasət müşaviri vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Uolts bildirib ki, Tehranda anadan olan Kohanim 1979-cu ildə İslam İnqilabından və yəhudi icmasına qarşı təzyiqlərin artmasından sonra ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Nyu-Yorkda böyüyüb.

“Elinin hekayəsi Amerika hekayəsidir. Ailəsi İrandakı təqiblərdən qaçaraq Nyu-Yorkda yeni həyat qurub. O, bütün karyerasını Amerikaya xidmətə, azadlığın müdafiəsinə və antisemitizmlə mübarizəyə həsr edib. BMT-də məhz belə inam və cəsarətə ehtiyac var”, – deyə səfir vurğulayıb.

Fars və ivrit dillərini sərbəst bilən Kohanim Donald Trampın ilk prezidentlik dövründə ABŞ Dövlət Departamentində Antisemitizmin Monitorinqi və Ona Qarşı Mübarizə üzrə xüsusi elçinin müavini vəzifəsində çalışıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki