ABŞ Prezidenti Donald Tramp administrasiyasının dizel yanacağı ixracını qadağan etməyi ciddi şəkildə nəzərdən keçirdiyini və belə bir qərarı istisna etmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı İllinoys ştatının Çikaqo şəhərətrafı ərazisində keçirilən “Presidents Cup” qolf turniri zamanı “Fox News”a müsahibəsində verib.
“Biz bunun ətrafında çox ciddi düşünürük. Bu, avtomobillər üçün benzinin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər. Buna görə də biz buna çox ciddi yanaşırıq, biz bunu edə bilərik”, – Tramp deyib.


























