Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) Əfqanıstanın mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ baş verib.
Vətəninfo.az xəbər verir ki, zəlzələ ötən gecə Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
“Reuters” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Əfqanıstanda zəlzələ nəticəsində ilkin məlumatlara görə, 8 nəfər ölüb, 150 nəfər yaralanıb.
Rəqəmlərin artacağı istisna edilmir. Qeyd olunur ki, Məzari-Şərif şəhərinin əhalisi 303 min nəfərdir.


























