image-1backend

Bu şəbəkə asılılığı artırır

image-reklam_sirab_01

Avropa İttifaqı “TikTok” sosial şəbəkəsinə qarşı qadağaları sərtləşdirib. Avropa Komissiyası hələ ötən ilin fevralında öz işçilərinə iş telefonlarında “TikTok” quraşdırmağı qadağan edib. Növbəti qadağalar daha sərtdir. Məsələ burasındadır ki, “TokTok” mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə platformasının funksionallığını genişləndirib. Bundan sonra istifadəçilər “TikTok”-un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür.

Avropadakı rəqəmsal tənzimləyicilər, uşaqlar arasında asılılıq problemlərini əsas gətirərək, istifadəçiləri videolara baxdıqlarına və yaradıcılarla əlaqə saxladıqlarına görə mükafatlandıran yeni “TikTok” funksiyasını məhdudlaşdırıblar. Avropa Komissiyası bildirib ki, “TikTok” tətbiqinin əlavə versiyası olan “TikTok Lite”a qarşı məhkəmə işi açıb. Yeni proqramın əsas üstünlüyü onun 18 yaşdan yuxarı istifadəçilərə gündəlik daxil olmaqla, videolara baxmaq, paylaşımları bəyənmək və “TikTok”da dostları dəvət etməklə xal qazanmağa imkan verən Çağırışlar və Mükafatlar proqramıdır. İstifadəçilər bu xalları Lite tətbiqində gündəlik 85 dəqiqəyə qədər videoya baxaraq xallar qazana bilərlər. Xallar Amazon çekləri, hədiyyə kartları və ya “TikTok Coins” kimi mükafatlara çevrilə bilər – bu, yayımçılara və məzmun yaradıcılarına hədiyyələr göndərmək üçün istifadə edilə bilən daxili valyutadır. Avropa İttifaqının daxili bazar komissarı Thierry Breton deyib ki, “biz TikTok Lite-ın yüngül siqaretlər qədər zəhərli və asılılıq yarada biləcəyindən şübhələnirik”.
“Atlas” Araşdırmalar Mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki