ABŞ-ın “American Airlines” aviaşirkəti texniki problem səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə aviaşirkətşirkətin paylaşımda bildirilirdi ki, 28 iyul axşamı qısamüddətli texniki nasazlıq onların sistemlərinə təsir göstərib.
Nasazlıqla bağlı ətraflı məlumat verilməyən açıqlamada, problem davam edərkən uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Digər tərəfdən, açıqlamada qeyd olunub ki, komandalar nasazlığı aradan qaldırıb, sistemlər tez bir zamanda bərpa edilib və uçuşlar bərpa olunub.


























