image-3792324937392793805backend

“Bu təlimlər İran təxribatlarına və Ermənistana ən tutarlı cavabdır” – Ədalət Verdiyev

image-reklam_sirab_01

“Azərbaycan və Türkiyənin birgə keçirtdiyi hərbi təlimlər İran mollarına tutarlı cavabdır. Bu təlimlərin məqsədi Şuşa bəyamnaməsində nəzərdə tutulan hərbi güclərimizin kordinasiyalı hərəkətidir. ” – Vətəninfo.az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ədalət Verdiyev bildirib ki, təlimlərin Astara, İmişli, Biləsuvarda keçirilməsi ondan xəbər verir ki, Azərbaycan İranın təxribatları qarşısında geri çəkilmir, əksinə bu təxribatlara adekvat cavab vermək iqtidarındadır.

“Bu təlimlər İran təxribatlarına və Ermənistana ən tutarlı cavabdır. Bu təlimlərin “Qardaşlıq yumruğu” adlanması da verilən bir mesajdır” – deyə Ədalət Verdiyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki