image-888backend

“Bu terror hadisəsindən İranın bütün güc strukturlarının xəbəri olub” -Əjdər Tağızadə

image-reklam_sirab_01

“Səfirliyə hücum birbaşa terrordur. Bu İran molla rejiminin terror siyasətinin üzüdür” – Vətəninfo.az xəbər verir ki, bunu açıqlamasında “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə deyib.

image-23

Əjdər Tağızadə bildirib ki, İran öz terror qruplaşmalarını Qarabağa göndərdəndə, rəsmi Bakının cavabı İranı qorxuya salmışdı.

“Bu necə elə olur ki, silahlı bir terroçu Tehranın mərkəzində səfirlik binasına soxulur. Amma İran güc strukturlarının bundan xəbəri olmur. Bu terror hadisəsi birbaşa molla rejimin həyata keçirdiyi terror hadisəsidir. Hesab edirəm ki, bu terror aktında İranın bütün güc strukturların əli var. Hamıya bəllidir ki, İranın mütamadi səfirliklərə hücumu olur. Bu hücumlar həm ABŞ, həm də Britaniya səfirliyinə olub. İnanıram ki, rəsmi Bakı İranın bu terrorunun layiqli cavabını verəcək” – deyə Əjdər Tağızadə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki