image-bez-nazvaniyabackend

“Bu terror xarici qüvvələrin işidir” – Millət vəkili Nigar Arpadarai

image-reklam_sirab_01

“Türkiyə bir neçə il öncə də terror dalğası ilə üzləşmişdi. O zaman çox adam terrorizmin qurbanı oldu.” – Vətəninfo.az xəbər verir ki, bunu millət vəkili Nigar Arpadarai saytımıza açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, bu terror hadisəsi xarici qüvvələrin işidir.

“Zənnimcə, həm o zaman, həm də indi terror aktlarını törədənlərin arxasında duran qüvvələrin məqsədi Türkiyənin regional və qlobal məsələlərdə siyasi çəkisinin yüksəlişinə zərbə vurmaq, Türkiyənin artan nüfuzunu aşağı salmaqdır. Əminəm ki, Türkiyədə terror aktlarını törədənlər hansı isə yerli radikallar deyil, xaricdən Türkiyəyə qarşı yönəlmiş, onun güclənməsi ilə razılaşmayan qüvvələrdir.”- deyə Nigar Arpadarai bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki