image-reklam-veteninfo
image-1backend

Burhanəddin Duran: Soyqırımda ittiham olunanlar Türkiyəyə tarix dərsi verə bilməz

image-reklam-veteninfo

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, Duran sosial media hesabında paylaşdığı açıqlamada İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımasını sərt tənqid edib. O bildirib ki, bu addım İsrailin bölgədə törətdiyi cinayətləri ört-basdır etmək cəhdidir.

“İsrailin 1915-ci il hadisələrini qondarma ‘soyqırım’ kimi tanıması, əllərindəki günahsız fələstinlilərin qanını, Yaxın Şərqdə həyata keçirdiyi dövlət terrorunu və cəzasız qalan insanlığa qarşı cinayətləri gizlətmək üçün nəticəsiz bir cəhddir”, – deyə Duran vurğulayıb.

Kommunikasiya direktoru qeyd edib ki, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla on minlərlə mülki şəxsin həyatını itirdiyi hadisələr fonunda İsrail administrasiyasının tarixi hadisələrdən siyasi alət kimi istifadə etməsi riyakarlıqdır.

Duran həmçinin beynəlxalq hüquqa istinad edərək bildirib ki, xəstəxanaların, məktəblərin, ibadət yerlərinin və qaçqın düşərgələrinin hədəfə alınması qəbuledilməzdir.

O əlavə edib ki, Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı ittihamları ilə üzləşən bir dövlətin Türkiyəyə tarix dərsi verməyə və ya özünü vicdanın müdafiəçisi kimi təqdim etməyə mənəvi haqqı yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki