image-image_750x_64295f1106af8backend

Cağrışçı hərbiçiləri girov götürdü

image-reklam_sirab_01

Rusiya Federasiyasının Bryansk vilayətində hərbi xidmətə çağırılan şəxs 10-a yaxın əsgəri girov götürüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Baza kanalı məlumat yayıb.

Samara vilayətindən səfərbər edilmiş 35 yaşlı kişi Ukraynada qardaşı oğullarının ölüm xəbərini öyrənib, bundan sonra yerli mədəniyyət evində üç zabit və daha bir neçə hərbi xidmətə çağırılmış vətəndaşı girov götürüb.

Onun pulemyotla silahlandığı, qumbaraları olduğu, lazım gələrsə istifadə edəcəyi ilə hədələdiyi deyilir. Eyni zamanda həmin şəxs heç bir tələb irəli sürməyib.

Polislər mədəniyyət evini mühasirəyə alıblar, onun hərbi hissəsinin komandiri onunla danışıqlar aparıb. Sonda hərbi xidmətə çağırılan gənc girovları azad edərək təslim olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki