image-222backend

Çavuşoğlu:”Bu, Ermənistanın özünün xeyrinədir”

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycandan İran vasitəsi ilə də Naxçıvana bir yolun olmasını vacib olduğunu bildirib. Nazir bunu Haber Türk-ə açıqlamasında bildirib.
“Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı, təəssüf ki, yenidən gərginlik yarandı.
Bu gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalamaqla yolların bərpasına və tikintisinə başlamaq lazımdır. Bu, Ermənistanın özünün xeyrinədir.Biz bunu da dəstəkləyirik, çünki riskdən qaçmaq üçün həmişə alternativ lazımdır”.-deyə Mövlud Çavuşoğlu  bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki