image-99backend

Çavuşoğlu: “Paşinyanın səmimiliyini sözdə deyil, əməldə görmək istəyirik”

image-reklam_sirab_01

“Ankara İrəvanla nizamlanma prosesində erməni tərəfinin səmimiliyini təkcə sözdə deyil, həm də əməldə görmək istəyir”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz sülhə aparan səmimi addımların atılacağını gözləyirik. Son zamanlar təəssüf ki, geriyə addımlar görürük. Bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Nikol Paşinyan səmimidir, lakin biz bunu təkcə sözdə deyil, həm də əməldə görmək istəyirik”- deyə nazir bildirib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı normallaşma məsələsində səmimidir. “Mən qardaş, əziz Azərbaycan adından rahatlıqla deyə bilərəm ki, Türkiyə və Azərbaycan nizamlanma məsələsində səmimidir ”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki