image-63c8fd65a6067backend

Çavuşoğlu: “Suriya ilə bağlı görüş Moskvada keçiriləcək”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 3-4-də Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, Suriya və İranın iştirakı ilə nazir müavini səviyyəsində dördtərəfli görüşün keçiriləcəyini açıqlayıb.

Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında 30 Mart – Beynəlxalq Sıfır Tullantı Günü ilə bağlı Xüsusi Sessiyaya qatılmaq üçün səfərdə olduğu Nyu-Yorkda “Türk Evi”ndə bir qrup türk jurnalisti ilə xarici siyasətdəki inkişaflardan danışıb.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri ilə bağlı sualı cavablandıran Çavuşoğlu bildirib ki, Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə səfər etmək istəyən Lavrovun 6-7 aprel tarixlərində edəcəyi səfər zamanı ikitərəfli əlaqələrin fərqli ölçülərini müzakirə etmək imkanı olacaq.

Zəlzələlərdən sonra Rusiyanın çoxlu yardım etdiyini xatırladan Çavuşoğlu deyib:

“Geniş mənada danışacağımız məsələlər var. İkitərəfli əlaqələrlə yanaşı, taxıl sazişinin uzadılması da müzakirə olunacaq. Cümə axşamı (30 mart) BMT-nin baş katibi ilə də görüşümüz oldu. Biz bunun üzərində işləyirik. Rusiya taxıl müqaviləsinin 60 gün uzadılmasını qəbul etdi dedi. 120 gün hələ bəlli deyil, bu haqda danışacağıq”.

Lavrovla görüşdə Suriya, Liviya və digər regional məsələlərin də müzakirə olunacağını qeyd edən Çavuşoğlu Suriyadakı siyasi proseslər, qaçqınların vəziyyəti və zəlzələlərdən sonra orada ediləcək humanitar yardımların artırılmasının qiymətləndiriləcəyini bildirib.

Çavuşoğlu “Bilirsiniz, Rusiyanın ev sahibliyi və vasitəçiliyi ilə Suriya ilə öhdəçilik prosesi başladı. Sonradan İran da bu prosesə cəlb olundu. Nazir müavini səviyyəsində dördtərəfli görüş aprelin 3-4-də Moskvada baş tutacaq” deyib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki