image-image_750x_639024a666c6fbackend

Çavuşoğlu Yunanıstana xəbərdarlıq etdi

image-reklam_sirab_01

“Yunanıstan Egey dənizindəki adaların statusu haqqında müqaviləni pozur və onlara silah yerləşdirir.” – Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Yunanıstan sülh istəmir.

“Yunanıstan bu hərəkətlərini dayandırmasa, bu adaların suverenliyinə yenidən baxılmalıdır. Buna cavab olaraq səssiz qala bilmərik. “Ya Yunanıstan adalarda silah yerləşdirməyi dayandıracaq və razılaşmanı yerinə yetirəcək, ya da lazımi addımları atacağıq”, – deyə nazir bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki