image-image_750x_63bbb89c9b692backend

“Cəbhədə vəziyyət ağırdır” – Vladimir Zelenski

image-reklam_sirab_01

“Cəbhədə vəziyyət ağır olaraq qalır, ən çətini Baxmut və Soledardadır, lakin Ukrayna ordusu müdafiəni gücləndirmək üçün ora əlavə bölmələr yerləşdirir.” –Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz müraciətində bildirib.

“Luqansk və Donetsk vilayətlərində ağır döyüşlər gedir. burada hər qaynar nöqtə məşhurdur. Bütün bunlara baxmayaraq Baxmut müqavimət göstərir. Və şəhərin böyük hissəsi rusların zərbələri nəticəsində dağılsa da, əsgərlərimiz rusların davamlı hücum cəhdlərini dəf edirlər. Soledar dözür. Baxmayaraq ki, orada daha çox dağıntı var və bu, çox çətindir”, – Ukrayna rəhbəri bildirib.

Zelenski qeyd edib ki, orada əlavə bölmələr yerləşdiriləcək.

“Başa düşmək lazımdır ki, bizim bütün mövqelərimiz, bütün müdafiə əməliyyatlarımız bir-biri ilə bağlıdır və ümumi cəbhədə əməliyyatların sabitliyi və effektivliyi cəbhənin hər bir nöqtəsində əməliyyatların çevikliyindən və səmərəliliyindən asılıdır”, – deyə Ukrayna rəhbəri yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki