image-reklam-veteninfo
image-img_1287backend

Cəlilabadda icra başçısının birinci müavini Qalib Xudaverdiyev kimdir? – İDDİALAR

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,əslən Cəlilabaddan olan Kamil Abdullayev özünün “Facebook” sosial şəbəkəsində Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin fəaliyyəti ilə bağlı iddialar səsləndirib.
Bu iddia edilənləri açıq şəkildə payıaşan Lamil Abdullayev qeyd edir ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin fəaliyyəti və keçmişi ilə bağlı ona çoxlu məlumatlar göndərilir.
Paylaşımda iddia edilir ki, Qalib Xudaverdiyev də Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov kimi əmlak sektorundan gətirilən kadrlardandır. İddialara görə, o da prezidentin köməkçisi Kərəm Həsənovun yetirmələrindən biridir.
”Xatırladaq ki, Qalib Xudaverdiyev 2021-ci il dekabrın 3-də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. O, bu vəzifədən öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətinin Cəlilabad şöbəsində çalışıb”. Kamil Abdullayev  paylaşımında iddia edir ki, Cəlilabad rayon sakinlərinin iddialarına əsasən, Qalib Xudaverdiyev rayon İcra Başçısı Rafiq Cəlilovun yaxın şəxslərindən biri kimi qiymətləndirilir. Rayonda birbaşa rüşvət, qanunsuzluq və özbaşınalıq kimi halların onun üzərində cəmləşdiyi iddia olunur. Kifayət qədər təcrübəyə malik olduğu qeyd edilən Qalib Xudaverdiyevin əsas hədəfinin isə başçı olmaq istədiyi vurğulanır.  

Kamil Abdullayev iddia edir ki,iyulun 31-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda əməliyyat keçirilib və bir neçə məmur saxlanılıb: “Saxlanılan şəxslərin Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir”.

Redaksiyadan:Bir daha bəyan edirik ki,xəbər Kamil Abdullayevin açıq şəkildə “facebook”sosial şəbəkəsində paylaşdığı iddia dolu məlumata əsasən hazırlanıb.
Xəbərdə adı hallanan şəxslərin mövqeinin də dərc etməyə hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki