“Çelsi” növbəti transferini reallaşdırmağa yaxındır.
Vətəninfo.az xəbər verir ki, London klubu PSV-nin hücumameyilli yarımmüdafiəçisi Noni Madueke ilə anlaşıb.
Bu barədə insayder Nikola Skira “Twitter” hesabında paylaşım edib. Bildirilib ki, “zadəganlar” 30 milyon avro təklif etdiyi futbolçu ilə şərtləri razılaşdırıb.
İngiltərəli Noni Madueke 2018-ci ildə “Tottenhem”in akademiyasından PSV-yə keçib. O, Niderland klubunun heyətində 45 oyun keçirib, 10 qol vurub. 20 yaşlı futbolçu Niderland çempionatının cari mövsümündə 4 oyun keçirib və 1 dəfə fərqlənib.
“Çelsi” yanvar transfer pəncərəsində artıq “Mölde”nin hücumçusu David Fofan, “Monako”nun müdafiəçisi Benua Badiaçili, “Vasko da Qama”nın yarımmüdafiəçisi Andre Santosu, “Şaxtyor”un yarımmüdafiəçisi Mixail Mudriki transfer edib, həmçinin “Atletiko”nun futbolçusu Joau Feliksi icarəyə götürüb.publika.az