UEFA futboldakı islahatlarını davam etdirir.
Vətəninfo.az xəbər verir ki, Avropanın ali futbol qurumu transfer qaydalarını dəyişməyi planlaşdırır. Buna səbəb “Çelsi”nin heyətinə futbolçu qatarkən komandalarla çoxhissəli ödəmə prinsipi ilə anlaşmasıdır. Bu metod Avropa klubları tərəfindən birmənalı qarşılanmayıb və narazılıq yaradıb.
“Zadəganlar” Mixail Mudrikin transferində “Şaxtyor”la 8 hissəli ödəmə prinsipiylə anlaşıb. Bu imkan verir ki, “Çelsi” UEFA-nın maliyyə feyr-pley qaydalarını pozmaqdan yayınsın.
FIFA-nın qaydalarına görə, transfer ödənişi maksimum beş ili əhatə edə bilər. Ancaq İngiltərə təmsilçisi nizamnamədəki boşluqdan yararlanaraq Ukrayna təmsilçisi ilə illik deyil, hissəli ödəməylə anlaşması, bu mənada istisna olub. UEFA qaydaları dəyişərsə, bu “Çelsi”nin reallaşdırdığı transferlərə şamil edilməyəcək. Yeniliklərin yeni mövsümdən tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, İngiltərə təmsilçisi Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.Aut.az