image-137199backend

“Çelsi” Fernandes üçün 127 milyon avro ödəməyə hazırdır

image-reklam_sirab_01

Londonun “Çelsi”si dünya çempionu Argentina yığmasının 21 yaşlı yarımmüdafiəçisi Enso Fernandesi heyətinə qatmağa yaxındır. Vətəninfo.az xəbər verir ki, London klubu argentinalı üçün   Portuqaliya “Benfika”sına 127 milyon avro ödəməyə hazırdır. 

İngiltərə klubu artıq futbolçu ilə şəxsi müqavilə ilə bağlı razılığa gəlib. “Benfika” ilə danışıqlar başa çatmaq üzrədir.

Cari mövsümdə Enzo Fernandes “Benfika”nın heyətində 24 matçda iştirak edib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki