“Mançester Siti” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real Madrid”i qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Vətəninfo.az xəbər verir ki, Madriddə keçirilən ilk oyunda iki komanda 1:1 hesablı heç-heçə oynamışdı və buna görə də Man City 5-1 hesablı nəticə ilə finala yüksəldi.
İyunun 10-da İstanbulda keçiriləcək Çempionlar Liqasının finalında “Mançester Siti”nin rəqibi yarımfinalda “Milan”ı mübarizədən kənarlaşdıran “İnter” olacaq.