UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Türkiyənin milli komandasının futbolçusu Hakan Çalhanoğlunun formasını geydiyi “İnter” “Milan”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.Vətəninfo.az xəbər verir ki, ilk görüşdə də 2:0 hesablı qələbə qazanan “İnter” finala yüksəlib.
Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə “Real” mayın 17-i “Mançester Siti”nin qonağı olacaq.
Əlavə edək ki, ÇL-in finalı iyunun 10-u İstanbulda keçiriləcək.
16 may
23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya) – 1:0
Qol: Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
İlk oyun – 2:0
17 may
23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 1:1