image-77backend

Cənubi Azərbaycanda meşələr fars rejimi tərəfindən məhv edilir – FOTO

image-reklam_sirab_01

Cənubi Azərbaycanın Qaradağ meşələri Süngün mis mədən şirkəti tərəfindən məhv edilir. Vətəninfo.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Süngün mis mədən şirkəti tərəfindən Cənubi Azərbaycanın Vərziğan bölgəsindəki Arazbaran meşələrinin geniş miqyasda məhv edilməsindən xəbər verilir.

Son illərdə bu bölgənin mədənlərinin istismar səviyyəsini genişləndirməsi nəticəsində adıçəkilən şirkət Qaradağın sıx meşələrinin daha çox məhv olmasına səbəb olub. Baxmayaraq ki, bu mədənin yerləşdiyi ərazidə ətraf mühitin çirkləndirilməsi illərdir, ekologiya ekspertlərini və ekofəalları narahat edir.

Cənubi  Azərbaycanın Qaradağ bölgəsindəki meşələrin məhv edilməsi hesabına fəaliyyət göstərən mis mədənlərinin gətirdiyi iqtisadi qazancdan daha çox həmin meşələr ekoloji zərbə alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki