Amerika Birləşmiş Ştatları artilleriya silahları üçün təxminən 100 min mərmi almağı planlaşdırır. Vətəninfo.az xəbər verir ki, Cənubi Koreya ilk dəfə olaraq ABŞ -a artilleriya mərmilərini daha sonra Ukraynaya ötürmək üçün satacaq .
The Wall Street Journal-ın yazdığı kimi , bu cür çatdırılmalar Vaşinqton və Seul arasında “gizli razılaşmanın” bir hissəsi olacaq.
Qeyd olunur ki, ABŞ artilleriya silahlarını Ukraynaya ötürmək üçün 100 minə yaxın mərmi almağı planlaşdırır. Eyni zamanda, belə bir müqavilənin bağlanma şərtləri qeyd edilmir.