Cənubi Koreya prezidenti Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı qalmaqallı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Cənubi Koreya prezidenti açıq şəkildə bu ölkədə olarkən İranı təhdid edib: “BƏƏ-nin düşməni və ən böyük təhlükəsi İran, bizim düşmənimiz isə Şimali Koreyadır. Biz BƏƏ ilə çox oxşar vəziyyətdəyik”.
Cənubi Koreyanın “Yonhap” xəbər ajansının ərəb bölməsinin məlumatına görə, Yun Sook-yul əlavə edib: “Qardaş ölkə olan BƏƏ-nin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”.