image-zzbackend

Cənubi Qafqazda sülhün bərqərar olması çox şeyi dəyişə bilər -Video

image-reklam_sirab_01

“Cənubi Qafqazda sülhün bərqərar olması çox şeyi dəyişə bilər. Cənubi Qafqaz 30 il ərzində münaqişə ocağı idi. Qarabağ probleminin həlli vəziyyəti dəyişsə də hələ də bölgədə gərginlik hökm sürür”- bu fikirləri ARB24 televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, sülh müqaviləsinin bağlanması bir çox problemləri həll edə bilər.

“Regiondakı gərginliyin aradan qaldırlması ilə Cənubi Qafqazın inkişafına səbəb olacaq. Sözsüz ki, regiondakı sülh Zəngəzur dəhlizinin daha tez fəaliyyətə başlamasına səbəb olacaq. “-deyə Cavanşir Feyziyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki