image-9017a19a-6033-34d4-8190-b5cf6a88ae56_850-2backend

Cerrard “Aston Villa”nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

image-reklam_sirab_01

“Aston Villa” futbol komandasının baş məşqçisi Stiven Cerrard istefaya göndərilib.

bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Biz Stivenə ağır işinə və fədakarlığına görə təşəkkür etmək istərdik və ona gələcək üçün ən yaxşısını arzulayırıq”, – klubun açıqlamasında deyilir.

Oktyabrın 20-də “Aston Villa” səfərdə “Fulhem”ə 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Cerrard 2021-ci il noyabrın 11-də “Aston Villa”ya rəhbərlik etməyə başlayıb. Komanda Premyer Liqanı ötən mövsüm 14-cü yerdə başa vurub. Birminhem klubu cari mövsümdə 11 oyundan sonra 9 xalla 17-ci yerdədir. Komanda iki qələbə qazanıb, üç heç-heçə edib və altı məğlubiyyətlə üzləşib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki