image-image_750x_637db1ac3d003backend

Çexiya müharibə hazırlıqlarına başladı

image-reklam_sirab_01

“Çexiya döyüş hazırlığını maksimum səviyyədə saxlamalıdır. ” -Vətəninfo.az xəbər verir ki, bu barədə Çexiya Ordusunun Baş Qərargah rəisi Karel Rzeka məlumat verib.

“Biz ordunun döyüş qabiliyyətini və hazırlığını maksimum səviyyədə saxlamalıyıq. Bu, ordunun növbəti il ​​üçün ən yüksək vəzifəsidir. Biz burada və indi reaksiya verməyə hazır olmalıyıq və planlarımız dərhal aydınlaşdırılmalıdır. Biz artıq bunun üzərində işə başlamışıq”, – deyə Rzeka Çexiya Ordusunun Baş Qərargah rəisinin komandanlıq iclasında bildirib. Onun sözlərini Çexiya Müdafiə Nazirliyinin saytı sitat gətirib.

Praqada keçirilən görüşdə prezident Miloş Zeman və baş nazir Petr Fiala da iştirak edib. Komandanlıq iclasında ümumilikdə ölkə ordusunun prioritetləri qərarlaşdırılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki