image-177567backend

Çin Ermənistana 14,5 milyon dollar  yardım edəcək

image-reklam_sirab_01
Çin Ermənistana 14,5 milyon dollar  təmənnasız yardım edəcək. Vətəninfo.az xəbər verir ki, yardım Ermənistan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş ratifikasiya edildikdən sonra veriləcək.

Vəsait İctimai Televiziya Şirkətinin yayım zalının layihələndirilməsi və tikintisinə və “qarşılıqlı razılaşdırılmış digər layihələrin” həyata keçirilməsinə yönəldiləcək.  Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bəyan edib ki, Çinlə əməkdaşlığın inkişafı Ermənistan hökumətinin xarici siyasət prioritetləri sırasındadır. O qeyd edib ki, İrəvan və Pekin arasında yüksək səviyyədə siyasi dialoq formalaşıb, 5-dən çox saziş və memorandum imzalanıb, siyasi məsləhətləşmələr aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki