image-1backend

Çin İrana xəbərdarlıq etdi 

image-reklam_sirab_01

Vətəninfo.az “Reuters” istinadənb  xəbər verir ki, Çin İran hökumətindən husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının qarşısını almasını tələb edib. Əks halda, Tehran və Pekin arasında münasibətlər korlana bilər.

Məlumata görə, Çin və İran rəsmiləri arasında son günlər Pekində və Tehranda bununla bağlı danışıqlar aparılıb və Çin rəsmiləri açıq şəkildə bildiriblər: “Əgər Çinlə əlaqəli gəmilər zədələnərsə və ya ölkənin maraqlarına toxunularsa, burada fəaliyyəti olan hər kəs və onların tərəfdarları üçün pis nəticələr olacaq”.

Qeyd olunub ki, Çin son 10 ildə İranın ən böyük #ticarət_tərəfdaşı olub. Ötən il Çinin neft emalı zavodları İranın xam neft ixracının 90%-dən çoxunu alıb. İndi isə bildirilir ki, Çin lazım gələrsə, neft ehtiyacını təmin etmək üçün İran neftindən asanlıqla yan keçə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki