image-331005003_2456157691220354_2884081231037054329_nbackend

Çin İranın “Yadavəran” neft yatağından çəkilir?

image-reklam_sirab_01
İran Milli Neft Şirkəti: “İndiyədək bununla bağlı bizə rəsmi açıqlama verməyiblər. Danışıqlar gizli şəkildə davam etdirilir”.
Vətəninfo.az xəbər verir ki, İran Milli Neft Şirkətinin sərmayə və biznes üzrə meneceri Fəridun Kordzəngənə Çinin “Sinopec” şirkətinin Yadavəran neft yatağının işlənməsində əməkdaşlıq etməyəcəyini rəsmi açıqlamadığını bildirərək deyib: “İran Milli Neft Şirkətində Çin şirkəti ilə danışıqlar aparan rəsmilər Yadavəran müştərək yatağına investisiya qoyuluşu üçün yeni imkanları araşdırırlar.
Sanksiyalara baxmayaraq, İran Milli Neft Şirkəti İran və Çin arasında uzunmüddətli əməkdaşlıq haqqında strateji sənədə uyğun olaraq, Yadavəran yatağının və digər müştərək yataqların işlənməsi üçün bu ölkənin özəl və dövlət şirkətləri ilə danışıqları davam etdirir”.
“Ötən il “Azadeqan-e-şomali” yatağının işlənməsinin birinci mərhələsində İranla əməkdaşlıq etmiş “Sinopec” şirkəti yenidən bizimlə əməkdaşlıq təklifini irəli sürüb və İranın neft nazirinin ötən aylarda Çinə səfərindən öncə bu məsələlərə baxılıb”,- deyə o, əlavə edib.(Entekhab)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki