Çin liderinin ABŞ-a qarşıdan gələn səfərinə hazırlıqlar davam edir.
Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio iyulun 20-də bildirib ki, ABŞ prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etməyə cəhd etməsi ilə bağlı ittihamlarına baxmayaraq, Çin prezidenti Si Cinpinin sentyabr ayına planlaşdırılan səfərinə hazırlıqlar davam edir.
“Biz səfərin sentyabr ayında baş tutacağını gözləyirik”, – deyə Bloomberg onun sözlərini sitat gətirib.
Rubio həmçinin əlavə edib ki, Çin tərəfi səfərə lazımi hazırlıq görmək üçün ABŞ-a ekspert nümayəndə heyətləri göndərməyə davam edir.


























