image-defaultbackend

Cinayətkarlar dövlət bankını tunel qazaraq soydular 

image-reklam_sirab_01

Hindistanda cinayətkarlar yeraltı tunel qazaraq dövlət bankını soyublar. Vətəninfo.az xəbər verir ki, cinayətkarlar bankdan 120 min dollar oğurlayıblar.

Yerli KİV-in məlumatına görə, oğurluq Hindistan Dövlət Bankının Bhautidəki filialında baş verib. Oğrular anbarda üç metrlik tunel qazaraq oradan qızıl və nağd pul – ümumilikdə 120 min dollar aparıblar.Bildirilir ki, cinayətkarlar bankın girişində həyəcan siqnalını söndürərək yeganə videomüşahidə kamerasını digər istiqamətdə işə salıblar.

Müstəntiqlərin fikrincə, soyğunçulardan biri bank filialının dizaynı və arxitektura xüsusiyyətləri ilə tanış olub və bu, onun həm də bank işçisi ola biləcəyini ehtimal edir. Hazırda əməkdaşların əlində konkret şübhəli şəxslərin siyahısı və istintaqı irəli aparmaq üçün ciddi sübutlar yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki